FHN: “Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib” – VİDEO

FHN: “Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib” – VİDEO

Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması ilə əlaqədar ətraf ərazilər üçün yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, gecə saatları da daxil olmaqla fasiləsiz həyata keçirilən tədbirlər nəticəsində göldə suyun səviyyəsinin təxminən 80 sm-ə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Bununla belə, təhlükənin tam aradan qaldırılması istiqamətində tədbirlər hazırda davam etdirilir.

Qeyd edək ki, əməliyyata FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının ümumilikdə 31 nəfərdən ibarət şəxsi heyəti, 9 motopompa və 3 texnikası cəlb olunub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − five =