FHN: Sumqayıtda yanğın söndürüldü -VİDEO 

FHN: Sumqayıtda yanğın söndürüldü -VİDEO 

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =