FIDE reytinqi: Məmmədyarov mövqeyini qorudu, Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Bu dəfə ilk “10-luq”da Azərbaycan təmsilçiləri yer almayıb.
Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 1 pillə geriləyərək, 13-ci sırada qərarlaşıb.
Report