FIFA Türkiyə klubuna ağır cəza verdi

FIFA Türkiyə klubuna ağır cəza verdi

FIFA Türkiyənin “Sivasspor” klubuna transfer qadağası qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.

Sivas təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Cəzanın səbəbi hələ aydın olmasa da, transfer qadağasının keçmişdə bir oyunçu transferi ilə bağlı olduğu təxmin edilir.

Qeyd edək ki, “Sivasspor” hazırda Superliqada 24 turdan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eighteen =