Filadelfiyada seçki məntəqəsindəkilər ölümlə təhdid edilib

Filadelfiyada seçki məntəqəsindəkilər ölümlə təhdid edilib

Konstitusiyada saxtakarlığa silahla müdaxilə etmək hüququ verildiyi bəhanə edilərək səs sayanları ölümlə hədələyiblərPensilvaniya ştatının ən böyük şəhəri olan Filadelfiyanın respublikaçı komissarı Al Şmidt CBS kanalı ilə müsahibəsi zamanı deyib:

“İçəridən hər şey çox xaotik görünür, amma nəticədə biz yalnız bütün şərtlərə cavab verən seçicilərin səslərini qeydə alırıq. Bizim qrupumuzu tənqid edənlər Filadelfiyada seçkinin düzgünlüyünü və bülletenləri sayanların qərəzsizliyini şübhə altına aldılar. Pensilvaniyada 3 noyabr prezident seçkilərində öncə həmin gün seçkidə iştirak edənlərin səsi sayıldı. Poçt vasitəsi ilə verilən səslər daha sonra sayılmağa başladı. Prezident Donald Tramp Pensilvaniyada ilk saatlarda böyük bir üstünlük qazandı. Amma böyük şəhərlərdə poçt vasitəsi ilə daxil olan səslər sayıldıqdan sonra bu əyalətdəki nəticə qəfildən Co Baydenin lehinə dəyişdi.

Şmidt bildirib ki, onların ofisinə təhdid mesajları yollanıb. Bir neçə nəfər Konstitusiyada onlara saxtakarlığa silahla müdaxilə etmək hüququ verildiyini söyləyərək səs sayanları ölümlə hədələyib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 15 =