Filippində 6,2 bal gücündə zəlzələ baş verib
Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Report” ABŞ Geoloji xidmətinin məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, yeraltı təkanların episentri adanın əsas limanı olan Davao şəhərindən 128 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 39,2 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.
Report.az