Filippində güclü zəlzələ olub
Filippin sahillərində 5,6 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 105 min olan Mati şəhərindən 59 km cənub-şərqdə olub. Məlumata görə, zəlzələnin ocağı 72 km dərinlikdə yerləşib.
Zərərçəkmiş və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Report.az