Fillərdə insana bənzər özəllik – Bir-birini adı ilə çağırırlar

Fillərdə insana bənzər özəllik – Bir-birini adı ilə çağırırlar

Alimlər fillərin insanlara bənzəyən başqa bir davranışını aşkar ediblər.

Alimlərin apardığı araşdırma nəticəsində fillərin də bir-birini öz adları ilə çağırdığı məlum olub.

Kolorado Universitetinin tədqiqatçıları Keniyada fillərin 470 səsini, o cümlədən müxtəlif gurultu və uğultuları qeydə alıblar.

Mütəxəssislərdən ibarət qrup qeydə aldıqları səslərin hər birinin özünəməxsus olduğu qənaətinə gəlib. Daha sonra qeydə alınan səsi çoxlu fillər olan yerdə yenidən səsləndiriblər. Nəticədə həmin səsə uyğun gələn fil səsə reaksiya verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + two =