Financial Times: “Əl Əqsa Tufanı” İsrailin iqtisadiyyatını sovurdu

Financial Times: “Əl Əqsa Tufanı” İsrailin iqtisadiyyatını sovurdu

Financial Times qəzeti Həmasın 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatının İsrailin iqtisadiyyatına vurduğu zərbələr barədə məqalə yazıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Financial Times 7 oktyabr əməliyyatından sonra İsraildə hər 3 şirkətdən birinin bağlandığını və yaxud 20% fəaliyyətdə olduqlarından yazır.

Financial Times-ın apardığı sorğuya əsasən, sionist şirkətlər 50% gəlirlərinin azaldığını elan ediblər. Qəzzə yaxınlığında və işğal olunmuş Fələstinin cənubundakı şirkətlər isə minimum gəlirlə işlədiklərini elan ediblər.

Bütün bunlardan əlavə 18% şirkət işçiləri müxtəlif səbəblərə görə ordu üçün ehtiyat qüvvə kimi hərbi hazırlıqlarda iştirak etmək üçün işləmirlər.

Financial Times-ın yazdığı məqalədə həmçinin İsrail nazirlər kabinetinin Həmasla müharibə zəminində sahibkarlara verdiyi vədlərə əməl etmədiyi də yazılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 9 =