Financial Times: İsrail Amerikanın “strateji əzabı”dır
“Financial Times”-ın köşə yazarı öz təhlilində ABŞ prezidenti Co Baydenin İsrail rejiminə qeyd-şərtsiz dəstəyini tənqid edib, onun hökuməti üçün bu yanaşmanın nəticələrini bəyan edib və sionist rejimi ABŞ-ın “strateji kapital” əvəzinə “strateji əzabı” kimi dəyərləndirib.
“Financial Times”-ın xarici siyasət məsələləri üzrə köşə yazarı İranın sionist rejimə cəzalandırıcı cavabının ardınca öz təhlilində Bayden hökumətinin İsraillə bağlı mövqeyini Yaxın Şərqdə gərginliyin genişlənməsinin əsası kimi qiymətləndirib.
Gideon Raçman bu təhlildə Baydenin Yaxın Şərq siyasətində iki məqsədini İsrail rejiminə “dəmir dəstək” və regionda genişmiqyaslı müharibənin qarşısını almaq adlandırıb və hazırda bu regional siyasətinin onu məğlubiyyətə uğratdığını vurğulayıb.
Təhlilçi Baydenin işğalçı rejimə dəstəyini İsrailin baş naziri Binyamin Netanyahuya istənilən özbaşına addım atmağa imkan verən və Amerikanın istənilən halda onu dəstəkləyəcəyinə əminlik verən “ağ çek” kimi dəyərləndirib.
Raçman İranın İsrail rejiminin təcavüzünə qarşı cəzalandırıcı reaksiyasını “uyğun” adlandırıb və bunu Ağ Evin yanlış siyasətinin nəticəsi hesab edib.
Financial Times-ın analitiki Netanyahu kabinetinin İrana kəskin cavab vermək israrına işarə edərək amerikalı rəsmiyə istinadən bildirib: “Problem ondadır ki, İsrail Ağ Evin pulu ilə qumar oynayır.”
Təhlilin davamında qeyd olunur ki, Baydenin Təl-Əvivdə yaratdığı ümid İsraili ABŞ-ın nəhayət qoşulmağa məcbur olacağına ümid etdiyi müharibəyə sövq edəcək. Burada son sual belədir: İsrail hələ də Amerikanın strateji kapitalıdır, yoxsa strateji əzaba çevrilib?