Financial Times: İsrailin müdafiə sistemləri İranın hücumuna qarşı dözümsüzdür

Financial Times: İsrailin müdafiə sistemləri İranın hücumuna qarşı dözümsüzdür

İngiltərənin “Financial Times” qəzeti sionist rejimin müdafiə sistemlərini İranın mümkün hücumu və müqavimət oxuna qarşı dözümsüz kimi qiymətləndirib.

Financial Times qəzeti təhlilində yazıb: “İsrailin müdafiə sistemləri yaxın günlərdə ən böyük sınaqları ilə üz-üzədir.”

Bu ingilis mediası işğalçı rejimin Dəmir qübbə sistemini və digər müdafiə sistemlərini mükəmməl hesab etməyib və yazıb: “Məcdəl Şəms (Suriyanın işğal altında olan Qolan bölgəsi) kəndində baş verən hadisə bu sistemlərin mükəmməl olmadığını göstərdi. İngiltərə, Fransa və bölgədəki bəzi Ərəb ölkələrinin də daxil olduğu koalisiya İranın əvvəlki hücumunda (Doğru Vəd) İsrailə İran raketləri və pilotsuz təyyarələrini tutmaqda kömək etmişdi.”

Financial Times qəzeti Təl-Əvivin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin Tehranda terror edilməsinə İranın reaksiya verəcəyindən qorxduğuna işarə edərək yazıb: “İndi Vaşinqton İsraili İranın hücumundan qorumaq üçün oxşar koalisiya yaratmağa çalışır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + seven =