“Financial Times”ın gəldiyi nəticə – Bayden Moskva ilə münasibətlərdən narahatdır
Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaların tətbiqi ilə bağlı təhdidlər çox güman ki, təsirli olmayacaq.
SalamNews xəbər verir ki, bunu Harvard Universitetinin Kennedi adına Məktəbinin baş elmi işçisi Meqan Qrin yazib.
Qrin Britaniyanın “Financial Times” qazetində dərc olunan məqaləsində yazır.
“Rəqəmsal valyutaların və alternativ ödəniş sistemlərinin yayılması sanksiya məhdudiyyətlərində çoxlu boşluqlar yaradıb. Bu isə dollar strukturlarından kənarda vəsaitlərlə fəaliyyət göstərməyə imkan verir”.
Qrin məqaləsində iddia edir ki, ABŞ-ın sanksiyalarının səmərəsiz olması, əhəmiyyətli dərəcədə Çinin xeyrinə həll olunur.
Həmçinin Ağ Ev adminstrasiyasının məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlsələr, imicini itirmək qorxusuna da diqqət çəkib.
Bu ona gətirib çıxarır ki, sanksiyalara məruz qalan ölkə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərmir, çünki ABŞ istəsə belə, onları aradan qaldırmaq çətin olacaq.
Müəllif yazısında bildirir ki, bütün bunlar Rusiyaya da şamil olunur. Moskva ilə Vaşinqton arasında Ukrayna ilə bağlı fikir ayrılıqları dərindir və sərt məhdudiyyətlər münaqişənin həllində vəziyyəti daha da gərginləşdirə bilər.
Baydenin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etmək hədəsi getdikcə ümidsizlik jesti kimi görünür”, deyə – Qrin fikirlərini yekunlaşdırıb.
SalamNews.org