Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb

Finlandiya Afrikanın cənubunda ortaya çıxan COVID-19 infeksiyasının Nu ştamına (Omicron) görə 7 ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 28-dən Finlandiya son 14 gündə Botsvana, Esvatini, Cənubi Afrika, Lesoto, Mozambik, Namibiya və ya Zimbabvedə olmuş səyahətçilərin ölkəyə girişini məhdudlaşdıracaq.
Dekabrın 19-dək qüvvədə olacaq məhdudiyyətlər Finlandiya vətəndaşlarına və bu ölkədə daimi yaşayan şəxslərə şamil edilməyəcək.
Report