Finlandiyada aclıq riski artır

Qaşqa qazlar Finlandiyanın kənd təsərrüfatına ciddi ziyan vurur.
Bu barədə Finlandiya Kənd Təsərrüfatı və Meşəçilik Təsərrüfatı Məhsulları İstehsalçıları Federasiyasından məlumat verilib.
Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilin yazında quşlar rekord miqdarda məhsulu məhv edə bilərlər ki, bu da aclıq təhlükəsinə səbəb olar. Ölkədəki yaranmış vəziyyət fövqəladə tədbirlərin görülməsini tələb edir. Lakin qaşqa qazlar mühafizə olunan növdür və onların ovlanması ciddi şəkildə tənzimlənir. Quşların vurulması üçün icazə almaq olduqca mürəkkəb və çətin prosesdir.
Finlandiya Kənd Təsərrüfatı və Meşəçilik Təsərrüfatı Məhsulları İstehsalçıları Federasiyasının İdarə Heyətinin sədri Yuxa Marttila bildirib ki, Kənd və Meşə Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi təcili olaraq bu vəziyyətdən çıxış yolu tapmalıdır. Bunun üçün Avropa İttifaqının mövcud konvensiyalarının pozulması da mümkündür.