Floridada fövqəladə vəziyyət elan edilib

Floridada fövqəladə vəziyyət elan edilib

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Brauard dairəsində güclü yağışın səbəb olduğu daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə qubernator tviterdə yazıb.

“Mən şiddətli daşqın səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət elan edirəm”.

Floridanın cənubundakı bu bölgədə daşqından ən çox zərər çəkən böyük Fort-Loderdeyl şəhəridir. Qubernator bildirib ki, hadisə yerində müvafiq təcili xidmətlər işləyir. Eyni zamanda, Desantis sakinləri daşqınlara uğramış ərazilərdən uzaq durmağa çağırıb.

Xatırladaq ki, Florida ştatının cənubunda davam edən leysan daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağış yağıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 18 =