Floridada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

Floridada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Florida ştatının sahilində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən “Associated Press” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarə hava limanından qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla 4 nəfərin meyiti aşkar edilib. Təyyarənin qalıqları təxminən 7 m dərinlikdə tapılıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =