Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığı: Güclü küləkdən özünüzü qoruyun

Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığı: Güclü küləkdən özünüzü qoruyun

İyunun 18-dən 19-u səhər saatlarına qədər Azərbaycan ərazisində, xüsusən də Bakıda və Abşeronda güclü külək əsəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhalini ehtiyatlı olmağa və güclü küləklə əlaqədar təhlükələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.

Nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu xatırladır.

Fövqəladə Hallar Nazirliyi təhlükə zamanı 112 nömrəsinə zəng etməyi tövsiyə edir.

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Gecə havanın temperaturu 22-25 dərəcə, gündüz 27-30 dərəcə təşkil edəcək.

Ölkənin regionlarında da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq rayonlarda tufan olacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, bəzi yerlərdə qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə təşkil edəcək.

Fhn.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =