Fransa Ədliyyə Naziri 180 min avro məbləğində vergini ödəməyib

Fransa Ədliyyə Naziri 180 min avro məbləğində vergini ödəməyib

Fransa Ədliyyə naziri Erik Dyupon-Moretti, vergi bəyannaməsində vəzifəyə başlamazdan əvvəl qonorar olaraq aldığı 300 min avroluq gəliri göstərməyib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Dyupon-Moretti, 2020-ci ilin iyulundan indiyə qədər Ədliyyə Nazirliyinə rəhbərlik edir və bundan əvvəl uğurlu işlərə imza atan bir vəkil olub, filmlərdə rol alıb, kitablar yazıb və teatr tamaşalarında oynayıb.

2019-cu ildə “Madlen” teatrındakı tamaşaları və yazdığı kitablar üçün aldığı qonorarları gizlədib. Bununla o 180 min avro məbləğində vergidən yayınıb.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =