Fransa ABŞ-ın Hizbullaha qarşı iddialarını rədd etdi

Fransa ABŞ-ın Hizbullaha qarşı iddialarını rədd etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fransa öz ərazisində Hizbullaha məxsus ammonium nitratın olma ehtimalını rədd etdi. ABŞ Livan Hizbullahının bu ölkədə ammonium nitrat ehtiyatlarına sahib olduğunu söylədi.

Fransa Xarici İşlər Nazirliyi Hizbullahın kimyəvi və partlayıcı anbarlarının bu ölkədə olmasına dair bir dəlil olmadığını bildirdi. Bu sözlər əvvəllər Hizbullahın 2012-ci ildən bəri Fransada partlayıcı maddə topladığını iddia edən bir ABŞ rəsmisinə cavab olaraq verildi.

Routers-in verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin Terrorizm üzrə koordinatoru Nathan Sales Hizbullahın ammonium nitratı Belçika, Fransa, Yunanıstan, İspaniya, İtaliya və İsveçrəyə qaçaq yolla gətirdiyini və bu ölkələrdə saxladığını iddia etdi.

Ammonium nitrat kənd təsərrüfatı gübrələrini hazırlamaq üçün çox istifadə olunan bir kimyəvi maddədir. Ancaq eyni maddə partlayıcı kimi istifadə edilə bilər. Bu maddə digər maddələrlə birləşdiksə, təhlükəli bir fəlakət baş verə bilər. Buna görə etibarlı bir yerdə saxlanılmalı və diqqətlə qorunmalıdır.

2750 ton bu cür maddənin partlaması nəticəsində Beyrut limanı dağıldı və minimum 190 nəfər öldü.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anis Vandermol jurnalistlərə: “Bizim fikrimizcə, Fransada belə bir iddianı dəstəkləyən bir dəlil yoxdur.” – dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =