Fransa gənclərinin yarısı ictimai yerlərdə hicabın qadağan edilməsinin əleyhinədir

Fransa gənclərinin yarısı ictimai yerlərdə hicabın qadağan edilməsinin əleyhinədir

Fransada keçirilən sorğunun nəticələri göstərir ki, bu ölkənin gənclərinin yarıdan çoxu ictimai yerlərdə islami hicab taxmağın qadağan edilməsinin əleyhinədir.

CNews telekanalının məlumatına görə, CSA İnstitutunun sorğusunun nəticələri təsdiq edir ki, Fransa gənclərinin 56%-i ölkədə ictimai yerlərdə islami hicab taxmağın qadağan edilməsinin əleyhinədir.

Respondentlərin yaş həddinə uyğun olaraq aparılan bu sorğu göstərir ki, Fransanın gənc əhalisinin əksəriyyəti ictimai yerlərdə hicab geyinilməsinin qadağan edilməsi ideyasına qarşıdır.

Əslində, bu sorğunun nəticələrinə görə, 18-24 yaş arası gənclərin 56 faizi, 25-34 yaşlıların isə 51 faizi hicab qadağasının əleyhinədir, bu ideyanı dəstəkləyənlərin əksəriyyəti isə yaşlılardır.

Bu sorğu Fransanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Orlean Pradinin bu ölkədə “ictimai yerlərdə islami hicabın qadağan edilməsi” məsələsini “İslami hicab ictimai yerlərdə qadağan edilməlidirmi?” sualla gündəmə gətirməsindən sonra keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 10 =