Fransa İran aviaşirkətinin Parisə planlaşdırılan reysini ləğv edib

Fransa İran aviaşirkətinin Parisə planlaşdırılan reysini ləğv edib

Fransa İranın “AirTour” aviaşirkətinin yanvarın 31-nə Parisə planlaşdırılan reysinin həyata keçirilməsinə verilmiş icazəni heç bir səbəb göstərmədən ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Seyid Razi Musəvi məlumat verib.

“Fransanın aviasiya tənzimləyicisi absurd şəkildə və heç bir səbəb göstərmədən “AirTour”un Parisə planlaşdırılan reysini ləğv edib”, – o, ILNA agentliyinə müsahibəsində bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =