Fransa – İsrail matçı zamanı təhlükəsizliyin qorunmasına çox sayda polis cəlb ediləcək
Fransa höküməti UEFA Millətlər Liqasında İsraillə keçiriləcək oyun zamanı təhlükəsizliyin qorunması üçün arenaya çox sayda polis əməkdaşı cəlb edəcək.
Parisdə keçiriləcək görüşdə qonaqların təhlükəsizliyini təmin etmək üçün dronlar və snayperlərin də xidmətindən istifadə olunacaq.
Qeyd edək ki, Fransa – İsrail matçı noyabrın 14-də baş tutacaq.