Fransa istehsalı AMX-10RC zirehli maşınlarının ilk partiyası Ukraynaya çatıb

Fransa istehsalı AMX-10RC zirehli maşınlarının ilk partiyası Ukraynaya çatıb

Fransa istehsalı AMX-10RC zirehli maşınlarının ilk partiyası artıq Ukraynaya çatıb.

APA xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın Müdafiə Komissiyasının iclasından öncə jurnalistlərə bildirib.

Nazir Fransanın bu ilin yanvar ayının əvvəlində vəd etdiyi, təkərli tanklar kimi tanınan AMX-10 RC zirehli maşınlarının ilk partiyasının artıq Ukraynada olduğunu təsdiqləyib.

Lekornu çatdırılan texnikanın sayını açıqlamadan onlardan bəziləri artıq cəbhə xəttinə göndərildiyini əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =