Fransa müsəlmanlara qarşı qanun layihəsini qəbul etdi

Fransa müsəlmanlara qarşı qanun layihəsini qəbul etdi

Fransa hökuməti, “İslamı və müsəlmanları hədəfə aldığına” görə tənqid olunan qanun layihəsini qəbul edib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, prezident Emmanuel Makron tərəfindən 2 oktyabrda açıqlanan qanun layihəsi Nazirlər Kabinetində müzakirə edildikdən sonra qəbul edilib. Fransanın baş naziri Jan Kasteks Nazirlər Kabinetinin toplantısından sonra təşkil etdiyi mətbuat konfransında, müsəlmanları özündən uzaqlaşdırdığına dair tənqidlərinin əksinə olaraq, qanun layihəsinin İslamı hədəfə almadığını, ekstremizmə qarşı mübarizə apardığını iddia edib.

Ekstremizmin nifrət və şiddəti yaydığını və cəmiyyəti parçaladığını iddia edən Kasteks, bunun müqabilində respublikanın boyun əyməyib öz dəyərlərini müdafiə etməyi seçdiyini söyləyib.

Digər tərəfdən, ifrat solçu Boyun Əyməyən Fransa (LFI) Hərəkatının lideri Jan-Luk Melenxon, hökuməti qanun layihəsi ilə müsəlmanları damğalamağa çalışmaqda günahlandırıb.

Qanun layihəsinin parlamentə təqdim ediləndə bir çox dəyişiklik tələb edəcəklərini deyən Melexon qanun layihəsinin müsəlmanlara damğa vurmaq niyyətini özündə əks etdirdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + nine =