Fransa parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Fransa parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.
“Report” “Regnum”a istinadən xəbər verir ki, parlamentdə 209 nəfər təklifin lehinə səs verib, 46 deputat isə əleyhinə olub.
Qeyd edək ki, Fransa parlamenti Milli Assambleya və Senat olmaqla 2 palatadan ibarətdir.
Xatırladaq ki, daha əvvəl Alyansa üzv ölkələrdən 20-si İsveç və Finlandiyanın quruma üzvlüyünü təsdiqləmişdi.
Report.az