Fransa polisi 2000 etirazçını həbs edib-Video

Fransa polisi 2000 etirazçını həbs edib-Video

KİV-in məlumatına görə, Fransada son bir neçə gündə polis tərəfindən əlcəzairli bir yeniyetmənin öldürülməsinə cavab olaraq keçirilən etiraz aksiyalarında iki min adam həbs edilib.

“Əl-Aləm”in xəbərinə görə, Paris hökuməti şəhərin müxtəlif ərazilərində etirazları yatırtmaq üçün 45 min polis və çoxlu sayda zirehli transportyor yerləşdirib.

Fransa Daxili İşlər Nazirliyi 79 polis və təhlükəsizlik qüvvələrinin yaralandığını, 1300 avtomobilin yandırıldığını, 200-dən çox binanın dağıldığını və ya yandırıldığını açıqlayıb.

Fransada Parisin qərbindəki Nanter şəhərində yol qəzasında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsinə etiraz edən nümayişlər bazar ertəsi gecə başlayıb və ötən cümə gecəsi (dünən gecə) ardıcıl dördüncü gecə də davam edib.

Deyilənə görə, yeniyetmə sürücü polislər tərəfindən saxlanıldıqdan sonra avtomobilinə tərəf gedib və onu işə salıb, lakin polis əməkdaşı onu qaçmağa cəhd etməkdə şübhəli bilərək güllələyib.

Bu hadisənin xəbəri qəzəbli etirazçıların Fransanın hökumət binalarını və avtomobilləri yandırmasına səbəb olub. O vaxtdan bəri iğtişaşlar Fransanın digər şəhər və rayonlarına da yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =