Fransa polisi komendant saatının pozulmasına görə 110 min cərimə yazıb

Fransa polisi komendant saatının pozulmasına görə 110 min cərimə yazıb

Fransa polisi keçən il dekabrın 15-dən bu günə qədər komandant saatının pozulmasına görə 110.000 cərimə yazıb. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Məlumata görə, bu il yanvarın 22-dən bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 1,4 milyondan çox yoxlama aparıblar. Çoxsaylı gizli yığıncaqların üstü açılıb. Onların təşkilatçıları və iştirakçılarından bəziləri cərimələnb, bir çoxuna qarşı cinayət iş açılıb.

Yoluxmaların sayının yüksək olması səbəbindən Fransada 16 yanvar tarixindən  komendant saatı tətbiq edilib.

Hazırda ölkədə komendat saatı 18:00-da başlayır və 06:00-da başa çatır.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 5 =