Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər

Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər

Fransanın Albertville şəhərində polis türk türkiyəli ailənin yaşadığı evə basqın edib. 

Haber7.com xəbər verir ki, səhər saatlarında silahlarla evə basqın edən hüquq-mühafizə orqanının əməkdaşları 10 yaşlı 4 uşağı həbs ediblər. 

Onlar 11 saat istintaq təcridxanasında saxlanılıb. 

Uşaqların atası məsələ ilə bağlı açıqlama verərək bildirib ki, polislər onlara dinləri, namaz qılıb-qılmamaları, Makron-Ərdoğan münasibətləri ilə bağlı suallar veriblər: 

“Sonra isə bildirdilər ki, 10 yaşlı qızım Fransanın “Charlie Hebdo” nəşri tərəfində yayımlanan Məhəmməd Peyğəmbərin karikaturasını çəkən, daha sonra öldürülən müəllim Samuel Pati ilə bağlı açıqlama verib. Buna görə də onu və digər uşaqlarımı tutublar. 10 yaşlı qızımın baş verənlərdən xəbəri belə olmayıb”. 

Polis məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb. 

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − four =