Fransa Senatı idmanda hicabın qadağan edilməsinə səs verib

Fransa Senatı idmanda hicabın qadağan edilməsinə səs verib

Fransa Senatı idmanda hicabın qadağan edilməsinin lehinə səs verərək, neytrallığın meydanda bir tələb olduğunu əsas gətirdi.

Fransa Senatı hicab taxmağı idmançıların təhlükəsizliyinə təhdid adlandıraraq, idman federasiyaları tərəfindən təşkil edilən tədbirlərdə və yarışlarda iştirak etmək üçün “nəzərəçarpan dini simvollar”dan istifadəni qadağan edən qanun layihəsinə dəyişiklik edilməsinə səs verib!

Associated Press-in məlumatına görə, Fransa parlamenti 160 lehinə səslə “idmanda hicab taxmağı” qadağan edən düzəlişi qəbul edib. Düzəliş Fransanın sağçı partiyası tərəfindən təklif edilib və səs çoxluğu ilə təsdiqlənib.

Qadağanın 2024-cü il Paris Olimpiadasına şamil edilib-edilməyəcəyi bəlli deyil. Amma bu baş verərsə, 2020-ci il Tokio Olimpiadasında medalların böyük hissəsini müsəlmanlar qazandığı üçün sanksiyalar dalğası gözləmək olar.

Bu düzəlişdə deyilir: “Bu gün dini simvollardan istifadə ilə bağlı hüquqi qeyri-müəyyənlik var və hökumətin qanunları dəqiq müəyyənləşdirməsi zəruridir. Fransalı senatorlar bütün vətəndaşların dini vəzifələrini yerinə yetirməkdə sərbəst olduğunu bildiriblər və iddia ediblər ki, hicaba qadağa qoyulmasa, bəzi dini simvolları təbliğ edən sosial idman klublarının yaranmasının şahidi ola bilərik.

Fransa Futbol Federasiyası daha əvvəl İslamofobiya zəminində qərar çıxararaq qadınların rəsmi oyunlarda hicab taxmasını qadağan etmişdi. Bu qərar dini etiqad azadlığının aşkar şəkildə pozulması səbəbindən etirazlara və tənqidlərə səbəb olub. Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən son terror aktlarından sonra diqqətini İslam ekstremizminə qarşı mübarizəyə yönəldib. Lakin çoxları hesab edir ki, Fransa bu məsələdə həddindən artıq irəli gedib.

Son aylar Paris anti-islam yanaşmasını gücləndirib. Bu yaxınlarda livanlı qadın müəllim hicaba görə Fransanın sekulyar agentliyinə bağlı məktəbdən qovulmuşdu. Müəllimin işdən çıxarılması çoxlu əks-səda doğurdu və çoxları bu addımın əleyhinə çıxdı.

Fransalı nazirin hicabla bağlı danışması da müzakirələrə səbəb olub. Fransalı nazir açıqlamasında 18 yaşından kiçik qızların hicab qadağasını qanuniləşdirmək niyyətində olduğunu bildirmişdi. İslama qarşı yanaşması ilə tanınan Fransa hökuməti tələbələrinə alçaldıcı karikaturalar göstərən ekstremist müəllim Samuel Bettinin öldürülməsindən sonra “İslam ekstremizmi” adlı qanun qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 14 =