Fransa sionist rejimin işğal etdiyi ərazilərdə 5 yaşayış məntəqəsini qanuniləşdirməsini pisləyib

Fransa sionist rejimin işğal etdiyi ərazilərdə 5 yaşayış məntəqəsini qanuniləşdirməsini pisləyib

Fransa bazar ertəsi verdiyi açıqlamada İsrail hökumətinin 5 yaşayış məntəqəsinin qanuniləşdirilməsini, minlərlə yeni evin tikintisinə icazə verməsini və İordaniya vadisində minlərlə hektar ərazini mənimsəməsini şiddətlə pisləyib.Bəyanatda qeyd edilir ki, bu hərəkətlər İordan çayının qərb sahili və regionun sabitliyi üçün gətirdiyi nəticələrə görə “çox təhlükəlidir”.

Fransa təkidlə vurğulayıb: “İsrailin Şərqi Qüds də daxil olmaqla Fələstin ərazilərini müstəmləkə etməsi beynəlxalq hüququn pozulmasıdır.”

Qeyd edək ki, bir neçə gün əvvəl sionist rejim dövləti Fələstin Muxtariyyətinə qarşı sanksiyalarla yanaşı İordan çayının qərb sahilində yeni məskunlaşma mərkəzlərinin “qanuniləşdirilməsi” planlarını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =