Fransa sionist rejimin səfirini çağırıb
Fransa xarici işlər nazirinin işğal altındakı Qüdsdə onun mühafizəçilərinə hücumundan sonra İsrail rejiminin bu ölkədəki səfirini çağırıb.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim polisi işğal altındakı Qüdsün Zeytun dağı bölgəsində Fransa xarici işlər naziri Jan-Noel Barotun iki mühafizəçisinə hücum edərək onları həbs edib.
Fransa Xarici İşlər Nazirliyi sionist rejim polisinin bu hərəkətinin qəbuledilməz olduğunu və İsrail rejiminin Parisdəki səfirinin tezliklə çağırılacağını açıqlayıb. Bu çərçivədə Fransa xarici işlər naziri İsrail rejiminin təhlükəsizlik qüvvələrinin bir mərkəzdə yerləşdiyi üçün Zeytun dağı bölgəsinə daxil olmaqdan imtina etdiyini vurğulayıb.