Fransa şirkəti Rusiya şirkətinə “ilişdi” -Məhkəmədə…

Fransa şirkəti Rusiya şirkətinə “ilişdi” -Məhkəmədə…

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Fransanın enerji şirkəti “Engie” Rusiya qazının kəsilməsinə görə Qazpromdan təzminat tələb edir.

Fransız şirkəti verdiyi açıqlamada Rusiyanın “Qazprom” şirkətinə qaz tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə görə arbitraj proseduruna başladığını açıqlayıb.

Qurum bəyan edib ki, tədarükün kəsilməsi nəticəsində dəymiş ziyana görə kompensasiya, həmçinin müqavilə üzrə cərimələrin ödənilməsini istəyir.

Qazprom isə Fransanın iyul tədarükləri üçün tam ödəniş etmədiyinə görə avqust ayında təbii qazın verilişini dayandırdığını bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 4 =