Fransa və Almaniya arasında CİDDİ QARŞIDURMA: 2035-ci ilə qədər…

Fransa və Almaniya arasında CİDDİ QARŞIDURMA: 2035-ci ilə qədər…

Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin məlumatına görə, bu gün və sabah Brüsseldə Aİ liderlərinin görüşü keçiriləcək. Tədbirdə Ukraynanın dəstəyi və blokun iqtisadi rəqabət qabiliyyəti müzakirə olunacaq. Amma Paris və Berlin arasındakı münaqişə danışıqları poza bilər.

Xatırladaq ki, daha əvvəl Almaniya nümayəndələri İtaliya ilə birlikdə Avropa İttifaqının 2035-ci ilə qədər ənənəvi mühərrikli avtomobillərin satışına qadağa qoyulması qərarının qarşısını almışdı. Bu qərar ciddi qalmaqal doğurdu.

Alman rəsmiləri qalıq yanacaqlara sintetik alternativlərin aradan qaldırılmasına çalışırlar, çünki bu, Almaniyanın avtomobil sənayesinə fayda verəcək. Eyni zamanda, Aİ artıq iki dəfə belə bir tələbi rədd edib.

Fransa bu vəziyyəti tənqid edib və nüvə enerjisinin Aİ-nin “təmiz” texnologiyaları siyahısına daxil edilməsinə cəhd etmək qərarına gəlib. Bu da öz növbəsində Almaniyanın narazılığına səbəb olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =