Fransa XİN: “Dağlıq Qarabağ münaqişəsində tərəfsiz qalmalıyıq”

Fransa XİN: “Dağlıq Qarabağ münaqişəsində tərəfsiz qalmalıyıq”

Eastnews.org-un verdiyi xəbərə görə, Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ölkəsinin Dağlıq Qarabağ münaqişəsində tərəfsiz qalmağın lazım olduğunu bildirib.

Le Drian Milli Məclisdə verdiyi açıqlamada millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışı ilə əlaqədar olaraq “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən 1994-cü ildə Rusiya və ABŞ ilə bizə verilən səlahiyyət Fransanın bitərəf qalmağını tələb edir”, – ifadələrinə yer verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Le Drian “İki ölkədən (Azərbaycan və Ermənistan) birinin tərəfini saxlasaq, (beynəlxalq) qanununlara uyğun olmaz”, – deyə bildirib.

Ölkəsinin Ermənistanla “yaxın ikitərəfli əlaqələr” saxladığını bildirən Le Drian Azərbaycanla da uzunmüddətli əlaqələrin olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =