Fransada aviareyslər ləğv edilib!

Fransada aviareyslər ləğv edilib!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Fransanın müxtəlif şəhərlərində, xüsusilə paytaxt Parisdə hava limanı işçilərinin keçirdiyi tətil nəticəsində 3 və 4 iyul tarixlərində bir sıra aviareyslər ləğv edilib.

Tətilin səbəbi kimi hava nəqliyyatı dispetçerlərinin iş şəraiti və işçi çatışmazlığı ilə bağlı narazılıqlar göstərilib. Aksiyanın məqsədi bu problemlərə diqqət çəkmək və şəraitin yaxşılaşdırılması istiqamətində addımlar atılmasına nail olmaqdır.

Rəsmilər və hava limanı rəhbərliyi vəziyyəti nəzarət altında saxlamağa çalışdıqlarını və sərnişinlərə alternativ reyslərlə bağlı məlumat veriləcəyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 10 =