Fransada dəmir yolu işçiləri tətil keçirəcəklər

Fransada dəmir yolu işçiləri tətil keçirəcəklər

Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətilə hazırlaşırlar.

Həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraq tətil keçirmək barədə qərar qəbul edib. Etiraz aksiyasına səbəb SNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmir yolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyə moratorium qoyulması tələbini irəli sürüb.

Qeyd edək ki, SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbini Avropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlət dotasiyasını əsassız hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − thirteen =