Fransada etiraz edən fermerlər İl-de-Frans bölgəsində avtomobil yollarını bağlayırlar

Fransada etiraz edən fermerlər İl-de-Frans bölgəsində avtomobil yollarını bağlayırlar

Fransada etiraz edən fermerlər paytaxt İl-de-Frans bölgəsində avtomobil yollarını bağlamağa başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Parisien” nəşri məlumat yayıb.

Məlumata görə, aksiyalar FRSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.

“Mayın 26-da səhər saatlarında İl-de-Frans bölgəsinin bir neçə yolunda, xüsusilə Yvelin və Val-d’Oise departamentlərində nəqliyyatın hərəkəti çətinləşib”, – nəşr qeyd edib.

Onlar traktorlarla yollarda aşağı sürətlə hərəkət edərək qəsdən nəqliyyat axınını yavaşladırlar.

Ötən həftə fermerlər artıq ölkənin şimalında yerləşən Nor və Pa-de-Kale departamentlərində bir neçə avtomobil yolunu bağlamışdılar. Təsərrüfatçılar bürokratik proseduru sadələşdirməli və pestisidlərin istifadəsinə dair məhdudiyyətləri yenidən nəzərdən keçirməli olan qanun layihəsindən narazıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 6 =