Fransada İslam və müsəlman düşmənçiliyi güclənir

Fransada İslam və müsəlman düşmənçiliyi güclənir

Eastnews.org-un verdiyi xəbərə görə, Fransada müsəlmanların inanclarına və İslamla düşmənçilik prosesi son illərdə daha da güclənib və sürətlənib.

Eyni zamanda, terrorçuluq və radikallıqla mübarizə bəhanəsi ilə müsəlmanlara qarşı təzyiqlər artıb.

Bu xüsusda son təşəbbüs çərçivəsində Fransa hökuməti 231 vətəndaşı radikal fəaliyyət göstərdiyi üçün ölkədən çıxaracağını açıqlayıb.

Qeyd edək ki, tarix müəllimi Fransada bir çeçen tərəfindən öldürüldükdən sonra Fransa hökuməti “radikal” adlandırdıqları şəxsləri radikal fəaliyyətə görə qovacaqlarını açıqlayıb.

Qeyd edək ki, Avropada müsəlmanların ən sıx yaşadığı Fransada təbii olaraq ən çox anti-İslam fəaliyyət və təbliğat cəhdləri baş verir. İndiyə qədər bu ölkədə bir çox İslamofobiya təşəbbüsü həyata keçirilib və hətta İslam Peyğəmbərinin parlaq siması və şəxsiyyəti də çirkin formada təqdim olundu.

Bu, təbii olaraq bu ölkənin müsəlmanları arasında reaksiyalara səbəb olub. Fransa Prezidenti digər dinlərin müqəddəslərinə və dəyərlərinə hücum etməyi ifadə azadlığı kimi qəbul etsə də, bu Qərb ölkəsində Holokostu inkar etmək cinayət sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + ten =