Fransada İsrail rejiminə qarşı Etirazlar Böyüyür! (Video İzlə)

Fransada İsrail rejiminə qarşı Etirazlar Böyüyür! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Fransanın Paytaxtı Parisdə yüzlərlə insan İsrail rejiminin Qəzzadakı hərbi əməliyyatlarını və mülki insanların qətlini pisləmək üçün etiraz aksiyası keçirib. Onlar Fransa hökumətini İsrailə qarşı daha sərt mövqe tutmağa və beynəlxalq ictimaiyyəti Qəzzadakı vəziyyətə müdaxilə etməyə çağırıblar.

Etirazçılar “Qəzzada soyqırımı dayandırın” və “Fransa susmamalıdır” kimi şüarları səsləndiriblər. Aksiya iştirakçıları İsrailə silah satışının dayandırılmasını və Tel-Əvivə qarşı sanksiyaların tətbiq edilməsini tələb ediblər.

Etirazların miqyası Sionist rejim ordusunun aktivistlərdən ibarət gəmiyə qarşı keçirdiyi hərbi əməliyyatdan sonra daha da genişlənib. Bu əməliyyat beynəlxalq ictimaiyyətdə ciddi reaksiyalar doğurub və Parisdəki aksiyaları gücləndirib.

Fransa və digər Avropa ölkələrində Sionistlərin hərbi əməliyyatlarına qarşı etirazlar artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 9 =