Fransada mərakeşli və yerli azarkeşlər arasında toqquşma olub

Fransada mərakeşli və yerli azarkeşlər arasında toqquşma olub

Dünya çempionatı çərçivəsində keçirilən Mərakeş – Fransa matçından sonra Monpelye şəhərində iğtişaşlar başlayıb.

APA xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hadisə yerindən görüntülər yayıblar.

Bu dəfə küçələrə təkcə mərakeşlilər deyil, həm də ölkələrinin qələbəsini qeyd edən fransızlar çıxıb.

Fransızlar mərakeşli azarkeşləri “Ərəblər, rədd olun!” və “Öz evimizdəyik” şüarları ilə təqib edirlər.

Tərəflər arasında qarşıdurma yaşanıb.

Xəsarət alanların sayı dəqiqləşdirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 11 =