Fransada naməlum şəxslər məscidi atəşə tutdu

Fransanın şimalındakı Şerbur şəhərində naməlum şəxslər məscidi atəşə tutublar.
Bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Aprelin 8-də axşam saatlarında polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıblar. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Manş departamentinin prefekturası Ramazan bayramı ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “tam hazırlığına” işarə edərək, şəhərin müsəlman icmasına dəstəyini ifadə edib.
Xatırladaq ki, mart ayında Fransa Daxili İşlər Nazirliyi 2023-cü ildə Fransada irqçilik, ksenofobiya və dini nifrət zəminində törədilən cinayətlərin sayının 32 faiz artdığı barədə məlumat verib. Bu ölkənin daxili işlər naziri Gerald Darmanen qeyd edib ki, 2023-cü ildə Fransada müsəlmanlara qarşı hücumlar əvvəlki illə müqayisədə 30 faiz çox olub.