Fransada naməlum şəxslər məscidi yandırıb
Fransanın Nante şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Binaya maddi ziyan dəyib, kilsənin giriş qapısı tamamilə yanıb.
Hadisə cümə axşamı gecə saatlarında baş verib.
Yanğın məscidin qapısının tam qarşısında qoyulan karton qutularla dolu üç qabın yandırılması ilə başlayıb. Xilasetmə dəstələri məscidin qapısının taxtadan olduğu üçün alovun sürətlə yayıldığını bildirib.
Arrahmaya ibadətə gələnlər, məscidin yaxınlığında benzin qutularının tapıldığını bildirib.
Faktla bağlı istintaq aparılır.
Salamnews