Fransada silahlı hücum olub, 3 jandarm öldürülüb, 1-i yaralanıb
Fransanın Püi-de-Dom departamentində (rayon) 3 jandarm öldürülüb, 1-i yaralanıb.
“Report” “France İnfo”ya istinadən xəbər verir ki, bu barədə Fransa prokurorluğundan bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın damında gizlənən qadını xilas etmək üçün hadisə yerinə gedib. Orada 48 yaşlı kişi onlara silahlı hücum edib. Bundan sonra həmin kişi binanı yandırıb.
Hadisənin səbəbi araşdırılır.