Fransadan Azərbaycana yeni səfir gəlir
Fransa Azərbaycana yeni səfir təyin edib.
Publika.az “Report”a istinadən xəbər verirr ki, bu barədə Fransa KİV məlumat yayıb. Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransa Sidney şəhərində baş konsulu işləyib.
Publika.az