Fransalı nazir: Mağazalarda halal məhsullar bölməsi olmamalıdır
Eastnewws.org-un verdiyi xəbərə görə, İslam əleyhinə bir açıqlamada Fransa Daxili İşlər naziri Fransa mağazalarında halal məhsullar üçün xüsusi bir hissənin mövcudluğundan narazılığını bildirib.
Fransa Daxili İşlər naziri Gerald Darmanin yerli mətbuata verdiyi müsahibədə halal məhsullarla bağlı xüsusi bir bölməyə qarşı olduğunu bildirib:
“Halal qida sektorunun varlığından təəccübləndim və şəxsən onun mövcudluğundan narahatam. Mağazalarda yalnız həmin məhsullar üçün xüsusi bölmələr olmamalıdır. Dindarlıq və ya məzhəbçilik bu şəkildə başlayır və bunun üçün kapitalizm məsuliyyət daşıyır”.