Fransalı professor: Ərazi bütövlüyünün bərpasından sonra Fransa Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir
2020-ci ilədək bir çox dünya dövlətlərinin Azərbaycana qarşı normal münasibətləri var idi, lakin ölkəniz ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət dəyişdi. 1994-2020-ci illərdə fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görmədi”.
APA-nın məlumatına görə, bu sözləri Fransanın “Côte d’Azur” Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar “Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi” adlı beynəlxalq konfransda söyləyib.
O, vurğulayıb ki, 5 il bundan əvvələdək ölkələrimiz arasında əlaqələr normal səviyyədə inkişaf edib:
“Fransa əvvəllər, yəni 2020-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinin tərəfdarı olub. 2020-ci ilədək Fransa və Azərbaycan arasında normal münasibətlər mövcud olub. Mənim Fransanın ölkənizdəki səfirləri ilə söhbətlərim olub. Onlar həmişə deyirdilər ki, Fransa və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yaxşı inkişaf edib. Lakin bayaq da qeyd etdiyim kimi, ərazi bütövlüyünün təmin edilməsindən sonra rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başlayıb”.