Fransanın Lion şəhərində Makrona qarşı minlərlə insanın nümayişi – Video

Fransanın Lion şəhərində Makrona qarşı minlərlə insanın nümayişi – Video

Beş min nəfər fransız etirazçı ölkə Prezidentinin Lion şəhərinə səfəri zamanı onun siyasətinə qarşı nümayiş keçirib.

Fransa Prezidenti Emmanuel Makronun siyasətinə qarşı nümayişlər ölkənin bütün şəhərlərində davam edir və bu etirazların əksəriyyəti polis qüvvələrinin gəlişi ilə zorakılığa çevrilir.

Rusiyanın “Russia Today” kanalı bununla bağlı məlumat yayıb ki, Makronun səfəri zamanı 3-5 min fransız etirazçı Lion küçələrində nümayiş keçirib və nəticədə bu, zorakılığa çevrilib.

Bu xəbərə görə, Fransa polisi etirazçılara hücum edib və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar aylardır ki, Makron hökumətinin son pensiya islahatlarının ləğvini tələb edir, lakin Fransa Konstitusiya Şurası pensiya islahatları ilə bağlı referendumun keçirilməsi tələbini rədd edib.

Yeni sorğunun nəticələrinə görə, Fransa prezidentinin reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb, mübahisəli pensiya islahatı qanunu qüvvəyə mindikdən sonra fransızların yalnız 26 faizi onu dəstəkləyib.

Fransızların yalnız 36%-i Makronun hələ də öz səlahiyyətlərini qoruduğunu, Fransa vətəndaşlarının 84%-i isə prezidentlərinin xalqdan daha uzaq olduğunu bildirib. Bu sorğuda 63% də pensiya islahatlarına qarşı daha çox etirazı dəstəkləyib. Fransa əhalisinin 45%-i hökumətin fəaliyyətindən qəzəblənib, 38%-i isə narahatlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − four =