Fransız deputatdan alçaq addım: Qondarma rejimin lehinə sənədi senata daxil edəcək
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Fransa senatının üzvü Valeri Buayye Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin tanınması sənədini senata daxil etməyə hazırlaşır.
“Dağlıq Qarabağı tanımaq üçün bu həftə mən mətni Senata daxil edəcəyəm”, – deyə o bildirib.
Terrorçu rejimə dəstək verən Buayyenin sözlərinə görə, sənəddə Azərbaycan və Türkiyənin hərəkətləri də pislənilir.