Fransızların seçkilərə qatılmaması ilə bağlı görünməmiş bir rekord

Fransızların seçkilərə qatılmaması ilə bağlı görünməmiş bir rekord

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü Fransada keçirilən bölgə və şəhər şurası üzrə seçkilərdə səsvermə hüququ olan seçicilərin 68 %-dən çoxu iştirak etməmişdir. Başqa sözlə, səsvermə hüququ olanların 32%-dən azı səsverməyə getmişdir.

Sağçı Milli Birlik partiyasının lideri Marine Le Pen, iştirakın azalmasını “vətəndaş fəlakəti” olaraq xarakterizə etmişdir.  O, bu barədə deyib: “İnsanların təxminən 70 %-inin iştirak etməməsinin bir seçki sisteminə etimadsızlıq ilə əlaqəli olduğunu qəbul etməliyik. Seçicilər heç nəyi dəyişdirə bilməyəcəklərini və hər şeyin əllərindən alındığını hiss edirlər.”

Fransa beynəlxalq radiosu bu barədə yazıb: “Bu seçki prezident seçkilərinə bir il qalmış keçirilmişdir və bu səbəbdən siyasi qüvvələri və fraksiyaların inkişafını qiymətləndirmək və rəqabəti dəyərləndirmək üçün vacib bir fürsət hesab olunur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =