“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

“Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb olub

“Freddi” tropik siklonu Afrikanın cənub-şərqində 463 nəfərin ölümünə səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, ən çox ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Minlərlə evin və digər tikililərin dağılması nəticəsində dəymiş maddi zərər on milyardlarla dollarla qiymətləndirilir.

Xatırladaq ki, Hind okeanında formalaşmış “Freddi” siklonu 38 gün davam edib və martın 14-ü axşam saatlarında səngiyib. Planetin bu hissəsində indiyədək qeydə alınmış ən uzunmüddətli siklon olan “Freddi”nin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə ziyan vurub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =